Продаётся 3-комн. новостройка 78 м²
Xırdalanda məkan olaraq ən yaxşı yerdə yerləşən əla təmirli 3 otaqlı ev sahibindən satılır. Xırdalananın içinə girmədən, tıxaca düşmədən, masazır dairəsi yaxınlığında 5 mərtəbəli binanın 4.mərtəbəsində yerləşir. Yeni tikilən Xırdalan şəhəri 11 saylı orta məktəbə 2 dəqiqə yerimə məsafəsində, tam qarşısında market, yerimə məsafəsində 2 böyük şəbəkə market yerləşir. Masazır dairəsinə-avtobus dayanacağına 3-4 dəq yerimə məsafəsində. Tıxac görmədən rahatlıqla şəhərə və ya Sumqayıta doğru gedə bilərsiniz.
Bina 2020.ildə tikilib. Evi özüm yaşamaq üçün əla təmir edib, 3 il yaşamışam. Yeni ev aldığım üçün satıram. Sadəcə qonaq otağının oboylarının qiyməti 1000 AZN-dən çoxdur. Hamamda şəkillərdə gördüyünüz kimi qara premium aksesuarlardan istifadə olunub. Koridorda böyük ayaqqabı və paltar asmağa, eləcə də əşyalar qoymağa şkaf var. Mətbəx mebeli tamdır, həm paltaryuyan, həm qabyuyan üçün xəttlər çəkilib və yerləri qoyulub. Əşya yerləşdirmək üçün əlavə şkaflar da yığılıb. LG paltaryuyan yerində qalır, götürülməyəcək. Qonaq otağında tv stendi yığılıb. Eyni zamanda bütün evi buz kimi soyutmağa yetən böyük LG kondisioner də qonaq otağında qalır. Binada tam yaşayış var, sağ, sol, yuxarı və aşağı mənzillərdə yaşayış var, qış aylarında belə kombini bəzən heç yandırmağa ehtiyac qalmır, çox isti olur. Rahatlıqla stol stul qoyub oturacaq genişlikdə balkon mövcuddur. Bütün lüsturlar hamısı dizayna uyğun olaraq seçilib, hamısı qalır. Pərdələr hamısı rəng və dizayna uyğun seçilib və qalır. Ev girib yaşamağa hazır vəziyyətdir. Alana qismət olsun.
Ev kupçalıdır. Ciddi alıcıya sadəcə biraz endirim olacaq. Zəng və ya whatsappla əlaqə saxlaya bilərsiniz.Ofis Haqqi 1Faiz