Mühafizə olunan yaşayış kompleksində 2 otaqlı tam təmirli mənzil kirayə verilir.
Mənzil Bakı şəhərində, "West town" yaşayış kompleksində yerləşir. Kompleks 24/7 mühafizə xidməti, səliqəli həyət, idman zalı, spa, Bazarstore market, uşaq meydançası, məktəb (Landau school) və bağça ilə təmin olunub. Kompleksin yeraltı qarajı mövcuddur. Təmiz və sakit mühit ailəli insanlar üçün çox əlverişlidir.
Metro (Dərnəgül metrosunun yanı) və ictimai nəqliyyata yaxın yerləşir.
Mənzil yeni təmirlidir.
Mənzil bütün mebel və məişət texnikası ilə təmin olunub. İstəyə uyğun olaraq qonaq otağı mebel ile və ya mebelsiz verilə bilər. Eyni zamanda uzun müddətli istəyən olsa əşyasız(otaqlar) razılaşmaq mümkündür. Kondisioner yaşayış olduqda qoyulacaq.
İşıqlı və geniş otaqlar, isti döşəmə sistemi var.
Eyvandan açıq mənzərə görünür. Qarşısında bina yoxdur.
Qeyd: Depozitle verilir. Ev heyvanı saxlanılmasına icazə verilmir.