Dərnəgül metrosuna piyada cəmi 5 dəqiqəlik məsafədə, şəhərin ən rahat və müasir layihələrindən biri olan "West Town" yaşayış kompleksində, ətrafında modern infrastruktur, geniş parkinq sahələri, böyük supermarketlər, iaşə obyektləri, kafe və restoranlar, apteklər, bağça və məktəblər yerləşən ərazidə mənzil kirayə verilir. Kompleks daxilində və ətrafında sakinlərin rahatlığı üçün hər bir xidmət mövcuddur. Bu prestijli komplekdə, 18 mərtəbəli yeni tikili binanın 2-ci mərtəbəsində, yüksək zövqlə və keyfiyyətli materiallarla tam, mükəmməl təmir olunmuş 2 otaqlı lüks mənzil təklif edilir. Ümumi sahəsi 80 kvadratmetr olan mənzil müasir üslubda dizayn edilib, modern və bahalı mebellər, həmçinin bütün zəruri məişət texnikası ilə tam təmin olunub. İşıqlı, geniş və heç bir xərc tələb etməyən bu mənzilin aylıq kirayə haqqı 850 AZN təşkil edir. Mənzil vasitəçi tərəfindən təklif olunur və birdəfəlik ofis xidmət haqqı 30%-dir. Ətraflı məlumat və mənzilə yerində baxış keçirmək üçün əlaqə saxlaya bilərsiniz.