Ağ Şəhərdə, əsas gediş-gəlişli yolda, yeni tikili binanın altında premium səviyyəli obyekt icarəyə verilir. Ümumi sahəsi 150 m² təşkil edir və 2 mərtəbədən ibarətdir.
Daxili dizaynı xüsusi üslubda, müasir və rəngarəng elementlərlə super təmir olunub. Geniş, işıqlı vitrin pəncərələri və mərtəbələr arası rahat dəmir pilləkəni mövcuddur. Sanuzeli tam təmirlidir. Ofis, kreativ studiya, brend mağaza, showroom, dizayn studiyası və digər prestijli fəaliyyət növləri üçün çox əlverişlidir. Ərazi olduqca prestijli və infrastrukturludur.