Şah İsmayıl Xətai metrosunun yaxınlığında Xocalı prospektində ideal mtk-da 3 otaqlı mənzil kirayə verilir. 17 mərtəbəli vip bloklu binanın 4-cü mərtəbəsində yerləşir, sahəsi 115 m² təşkil edir. Mənzildən birbaşa Xocalı parkına baxış var. Xətai metrosuna piyada 2 dəqiqəlik məsafədədir.
Mənzil bütün lazım olan elektronika və avadanlıqlarla tam təchiz olunub, 2 sanuzeli var. Təmir yeni olunub və demək olar ki yaşayış olmayıb. Binanın geniş həyəti var, həyətində uşaq meydançası, bisetkalar, bağça, iri marketlər şəbəkəsi, aptek və gözəllik salonları fəaliyyət göstərir. Sakinlərin rahatlığı üçün yeraltı parking mövcuddur və 7/24 mühafizə xidməti fəaliyyət göstərir. Mənzil ancaq uzunmüddətli kirayə verilir.