İçərişəhər metrosu ilə üzbəüz, şəhərin ən prestijli və mərkəzi lokasiyalarından birində ofis icarəyə verilir. Metroya ilə birbaşa qarşı-qarşıya yerləşən ofis, demək olar ki, İçərişəhər ərazisinin girişindədir və piyada cəmi 1–2 dəqiqəlik məsafədədir.
Ofis geniş, işıqlı və funksional planlaşdırmaya malikdir, bir neçə ayrıca otaqdan ibarətdir, fərdi parad girişi mövcuddur, yüksək tavanlar və klassik interyer rahat və prestijli iş mühiti yaradır, həmçinin 2 sanuzel ilə təmin olunub. Həm şirkət ofisi, həm də tədris və kurs mərkəzi üçün ideal seçimdir.
--------------------------------------------------------------------------------------------------
Ətrafında yüksək turist və işgüzar axını ilə seçilən Qız Qalası, Şirvanşahlar Sarayı, Fəvvarələr Meydanı, Bakı Bulvarı və Nizami küçəsi kimi əsas mərkəzi məkanlara çox yaxın yerləşir. Dövlət qurumları, biznes mərkəzləri, kafe və xidmət obyektləri ilə əhatələnmiş bu lokasiya həm prestij, həm də əlçatanlıq baxımından yüksək üstünlük yaradır.
Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası ilk aylıq kirayə məbləğinin 30%-ni təşkil edir.